Başqa ölkənin vətəndaşı olan fələstinlilər Misir sərhədini keçə biləcəklər
16 Oktyabr 2023 12:10 DünyaBaşqa ölkənin vətəndaşı olan fələstinlilər yerli vaxtla oktyabrın 17-də saat 09:00-dan (Bakı vaxtı ilə saat 10:00-dan) Misir sərhədindən keçə biləcəklər.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə "NBC News"a Fələstinin Misirdəki səfirliyinin nümayəndəsi Kamil Xətib deyib.
Telekanal diplomata istinadən qeyd edib ki, bu müddətdə humanitar yardımlar da Qəzzaya çatdırılmağa başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31