İsrail Livanla sərhəddə yaşayanları təxliyə edir
16 Oktyabr 2023 12:02 Dünyaİsrail ölkənin şimalında Livanla sərhəddən 2 km radiusda yaşayan sakinləri təxliyə edir.
Olaylar.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyinin və İsrail Müdafiə Ordusunun nümayəndələrinin birgə bəyanatında deyilir.
Məlumata görə, plana 28 yaşayış məntəqəsi daxil edilib. Təxliyə olunmuş sakinlər dövlət tərəfindən subsidiyalaşdırılan qonaq evlərində yerləşdiriləcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31