Dəhşətli yol qəzası - Ölənlər və yaralananlar var

Hondurasın qərbindəki Santa-Rosa-de-Kopan bələdiyyəsində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidməti məlumat yayıb.

"Ölən miqrantlardan dördü Venesuela vətəndaşıdır", - qurum əlavə edib.

Qeyd olunub ki, Venesuela, Haiti, Ekvador və Kuba vətəndaşlarını daşıyan avtobus aşıb və çaya düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31