Rusiyada avtobus xəndəyə düşüb - Ölən və yaralananlar var
16 Oktyabr 2023 11:34 DünyaRusiyanın Primorsk diyarında turistləri daşıyan avtobusun xəndəyə düşməsi nəticəsində 17 nəfər yaralanıb.
Olaylar.az xəbər verir ki, hadisə barədə regional Mülki Müdafiə və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Çindən Primorsk diyarındakı Ussuriysk şəhərinə yollanan avtobusun sürücüsü idarəetməni itirib və avtobus xəndəyə düşüb. Hadisə nəticəsində 2 nəfər ölüb, 17 nəfər isə yaralanıb. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu deyilir.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31