Putin "Bir kəmər, bir yol" forumuna mühüm töhfə verəcək - Çinin XİN rəhbəri
16 Oktyabr 2023 11:34 DünyaRusiya prezidenti Vladimir Putin oktyabrın 17-də Çində "Bir kəmər, bir yol" forumunda iştirak edəcək. Çin tərəfinin fikrincə, bu, forumun işinə mühüm töhfə verəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Çinin xarici işlər naziri Van İ rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarda deyib.
Putinin iştirakının forumun uğuruna mühüm töhfə verəcəyini deyən çinli nazirin fikrincə, bu, həm də Rusiya ilə Çin arasında strateji əlaqələrin inkişafı üçün faydalı olacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikasının sədri Si Cinpinin dəvəti ilə 3-cü "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumunda iştirak edəcək.
Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31