6 yaşlı uşaq ad günündə öldürüldü - Səbəb dəhşətə gətirir - FOTO

İsrail-Fələstin münaqişəsinin yaşandığı dövrdə ABŞ-də ağlasığmaz cinayət işlənib.

Olaylar.az nypost-a istinadla bildirir ki, İllinoys ştatında yaşayan 71 yaşlı kişi 6 yaşlı uşağı 26 yerindən bıçaqlayıb, anasına isə xəsarət yetirib.

Joseph Czuba adlı şəxs bu hadisəni sırf onlar müsəlman olduğuna görə törədib. O, cinayəti törətməzdən əvvəl "müsəlmanlar ölməlidir", - deyə qışqırıb.

Qeyd edək ki, 6 yaşlı uşaq Fələstin əsillidir və o, həmin gün ad gününü keçirirmiş.

  •  
  •  

  •  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31