HƏMAS Fələstini təmsil etmir - Mahmud Abbas
16 Oktyabr 2023 10:33 DünyaFələstin lideri Mahmud Abbas və Venesuela Prezidenti Nikolas Maduro arasında telefon danışığı baş tutub.
Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə Fələstinin rəsmi WAFA agentliyi məlumat yayıb.
Söhbət zamanı M.Abbas bildirib ki, HƏMAS qruplaşmasının fəaliyyəti və siyasi xətti Fələstin xalqını təmsil etmir.
Abbas Maduro ilə danışığında Fələstin Azadlıq Təşkilatını "Fələstin xalqının yeganə qanuni təmsilçisi" adlandırıb.
"Prezident hər iki tərəfdən mülki şəxslərin öldürülməsini qətiyyətlə pisləyib və mülki şəxslərin, məhbusların azad edilməsinə çağırıb", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31