Putindən Ukrayna ilə bağlı SON DƏQİQƏ açıqlaması
15 Oktyabr 2023 14:23 Dünya"Ukraynanın əks-hücumu tamamilə uğursuz olub".
Olaylar.az APA-ya istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya" telekanalında yayımlanan "Moskva.Kreml.Putin" verilişinə müsahibəsində bildirib.
O, Ukraynanın cəbhənin müəyyən məntəqələrində yeni hücum əməliyyatları hazırladığını söyləyib: "Rusiya rəhbərliyi Ukrayna hərbçilərinin cəbhə xəttinin müəyyən məntəqələrində hazırladığı yeni hücum fəaliyyətlərindən xəbərdardır. Biz bunu görürük, bilirik və buna uyğun reaksiya veririk".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31