NATO-nun Kosovodakı Sülhməramlı Qüvvələrinin (KFOR) şəxsi heyətinə daha 130 hərbçi əlavə olunub.
Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə NATO məlumat yayıb.
Bildirilib ki, KFOR-un şəxsi heyətini gücləndirmək məqsədilə Rumıniyadan 130 hərbçi Kosovoya gəlib.
Qeyd edək ki, bir müddət əvvəl KFOR-a Böyük Britaniya qüvvələrinin 200 hərbçisi qoşulmuşdu.