Qəzzada məhv edilən binaların sayı - BMT

Oktyabrın 7-dən İsrailin Qəzza sektorunu bombalaması nəticəsində 1300-dən çox yaşayış və qeyri-yaşayış binası (ümumilikdə 5500-dən çox yaşayış yeri) dağılıb.

Olaylar.az axar.az-a istinadən bildirir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) bildirib.

"Qəzzanın İctimai İşlər Nazirliyinin məlumatına görə, 5540 yaşayış məntəqəsi olan 1324 yaşayış və qeyri-yaşayış binası dağıdılıb. Daha 3743 yaşayış binası zədələnib və yaşayış üçün yararsız hala düşüb", - məlumatda qeyd edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31