Ermənistan prezidenti Roma statutunun ratifikasiyası haqqında qanun imzalayıb
14 Oktyabr 2023 13:30 DünyaErmənistan prezidenti Vaaqn Xaçaturyan Roma statutunun ratifikasiyası haqqında qanun imzalayıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin veb saytında məlumat paylaşılıb.
Xatırladaq ki, Ermənistan parlamenti oktyabrın 3-də Beynəlxalq Cinayət Məhkəməsinin (Haaqa Tribunalı) Roma statutunu ratifikasiya edib.
Qeyd edək ki, Roma Statutunun qəbul edilməsi ilə Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının icrası İrəvan üçün məcburi olub.
Belə ki, Haaqa tribunalı Rusiya prezidenti Vladimir Putinin həbsinə dair qərar çıxarıb. Artıq Roma Statutunun ratifikasiyası ilə Vladimir Putin Ermənistan ərazisinə səfər edərsə, həbs edilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31