ABŞ İsrailə qırıcı təyyarələr göndərib

ABŞ İsrailə qırıcı təyyarələr göndərib.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ-nin göndərdiyi "A-10" təyyarələri artıq Yaxın Şərqdədir.

Bundan başqa, Birləşmiş Ştatlar İsrailə "F-35 Lightning II", "F-15 Eagle" və "F-16 Fighting Falcon" təyyarələri də göndərəcək.

Qeyd edək ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı (CENTCOM) İsrailə "F-15E Strike Eagle" qırıcılarının göndərildiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31