Lukaşenkodan reaksiya: "Görməyəcəksiniz"

Qırğızıstanın paytaxtında keçirilən Müstəqil Dövlətlər Birliyinin sammitində Belarus prezidenti Aleksandr Lukaşenko ilə bağlı xoşagəlməz insident yaşanıb.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Pul First" Telegram kanalı məlumat yayıb. Bildirilir ki, pilləkənlərdə Belarus lideri naməlum səbəbdən bir anlıq müvazinətini itirib, lakin yıxılmayıb.

Daha sonra jurnalistlər Lukaşenkodan baş verənləri izah etməyi və hadisəyə münasibət bildirməyi xahiş ediblər. Buna cavab olaraq siyasətçi qısa bir ifadə işlədib: "Görməyəcəksiniz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31