HƏMAS-ın hücumu: Alman nazir sığınacaqda gizləndi
13 Oktyabr 2023 21:56 DünyaAlmaniyanın xarici işlər naziri Annalena Berbok HƏMAS-ın İsrailə raket hücumları səbəbindən sığınacağa sığınmaq məcburiyyətində qalıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yazıb.
Məlumata görə, HƏMAS yenidən Təl-Əvivi atəşə tutub.
Dəmir Qübbə hava hücumundan müdafiə sistemi işə düşüb. Hazırda həmrəylik göstəricisi olaraq İsraildə səfərdə olan Almaniya XİN başçısı və onun nümayəndə heyəti sığınacağa getməli olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31