İsrail ordusu girovları tapmaq üçün Qəzza zolağında reydlər keçirib - ÖZƏL
13 Oktyabr 2023 20:56 Dünyaİsrail ordusu girovları tapmaq üçün Qəzza zolağında reydlər keçirib.
Olaylar.az xəbər verir ki, bu barədə Times of Israel xəbər verir.
"IDF əsgərləri axtarış aparıb və girovların tapılmasına kömək edəcək sübutlar toplayıb. Bundan əlavə, İDF əsgərləri ərazidə yerləşən terrorçuların hücrələrini və infrastrukturunu, o cümlədən İsrail ərazisinə tank əleyhinə raketlər atmış HƏMAS bölməsini sıradan çıxarıblar", - deyə məlumatda bildirilir.
Bundan əvvəl, oktyabrın 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələri Qəzza zolağında 750 hədəfə hücum edib. Bu barədə İDF-nin mətbuat xidmətinin bəyanatında deyilir.
Qeyd olunur ki, vurulan hədəflər arasında HƏMAS-ın yeraltı tunelləri, hərbi anbarları və postları, həmçinin IDF-nin məlumatına görə, komandanlıq mərkəzləri kimi istifadə edilən qruplaşmanın yüksək rütbəli nümayəndələrinin evləri var.
Həmçinin qeyd edilir ki, İsrail təyyarələri Qəzzada HƏMAS-ın istifadə etdiyi 12 çoxmərtəbəli binaya zərbələr endirib.
Bundan əlavə, Qəzza zolağında İsrailə minaatanlardan atəş açmaq üçün istifadə edilən obyekt də vurulub.
Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant söz vermişdi ki, Qəzza zolağına "görünməmiş cavab" 50 il ərzində yadda qalacaq.