Fransada məktəbdə bıçaqlanan müəllim öldürülüb - ÖZƏL
13 Oktyabr 2023 17:07 DünyaOlaylar.az BBC News-a istinadən xəbər verir ki, Fransada məktəblərin birində bıçaqlı hücum baş verib. Hücum nəticəsində bir müəllim ölüb, iki nəfər isə ağır yaralanıb.
Məsələ ilə bağlı Fransa Daxili işlər naziri Gerald Darmanin bildirib ki, hadisə Arras şəhərinin şimalındakı Qambetta liseyində baş verib. Yerli rəsmilər hücum edənin həbs edildiyini bildirir.
Hadisə ilə bağlı polis məlumatına görə, hücum edən şəxs hadisə vaxtı "Allahu Əkbər" və ya "Allah ən böyükdür" deyə qışqırıb. Həmin şəxsin 20 yaşlarında olduğu güman edilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31