Quranı yandıran şəxs ilk məhkəmə üçün Qroznı şəhərinə aparılıb - ÖZƏL
13 Oktyabr 2023 14:13 DünyaOlaylar.az xəbər verir ki, Quranı yandırdığına görə həbs edilən 19 yaşlı Nikita Juravel oktyabrın 13-də onun işi üzrə ilk məhkəmə iclasının keçiriləcəyi Qroznı şəhərinin Visaitovski Rayon Məhkəməsinə aparılıb . Bu barədə jurnalist Kseniya Sobçak özünün "Qanlı xanım" Telegram kanalında məlumat verib .
Gəncin valideynlərinin görüşə Volqoqraddan gəldiyi qeyd olunur.
Juravel işi üzrə ilk iclas oktyabrın 9-da keçirilməli idi, lakin müttəhimin məhkəməyə gətirilməməsi səbəbindən təxirə salınmışdı.
Bu il mayın 19-da sosial şəbəkələrdə 19 yaşlı Nikita Juravelin Volqoqraddakı Katedral məscidində Quranı yandırması ilə bağlı video yayılıb. O, deyib ki, aksiyanı Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə 10 min rubl mükafat qarşılığında həyata keçirib.
Gənci həbs ediblər. Rusiya Federasiyasının İstintaq Komitəsi ictimaiyyətin tələbi ilə ona qarşı açılmış cinayət işinin istintaqını Çeçenistanın hüquq-mühafizə orqanlarına təhvil verib və mayın 27-də o, Qroznıdakı istintaq təcridxanasına aparılıb.