İran XİN rəhbəri "Hizbullah"ın lideri ilə görüşdü

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Beyruta səfəri çərçivəsində şiə "Hizbullah" partiyasının lideri Şeyx Həsən Nəsrullah ilə görüşüb. 

Olaylar.az xəbər verir ki, bu barədə "Əl Manar"  telekanalı məlumat yayıb. 

Bildirilir ki, danışıqlar zamanı tərəflər Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər. Həmsöhbətlər, həmçinin Fələstinin HƏMAS  qruplaşmasının İsrailə hücumundan sonra "hansı mövqe tutacaqları ilə bağlı məsləhətləşiblər". 

Sfera.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31