İsrail Müdafiə Ordusu Qəzzanın şərqində tanklarla əməliyyata başlayıb
13 Oktyabr 2023 13:12 Dünyaİsrail Müdafiə Ordusu Qəzzanın şərqində əməliyyatlara başlayıb. Olaylar.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilib ki, İsrail ərazidə tanklarla əməliyyat keçirir. Artıq Əl-Şücayyə bölgəsi atəşə tutulub. Zərərçəkənlər barədə məlumat hələ ki yoxdur.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31