Çin və Rusiya arasında ticarət dövriyyəsi 29% artıb - ÖZƏL

Rusiya və Çin arasında ticarət dövriyyəsi 2023-cü ilin yanvar-sentyabr aylarında illik müqayisədə 29,5% artaraq 176,4 milyard dollara çatıb.
Sentyabrda Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 21,1 milyard dollar təşkil edib. Çinin Rusiyaya ixracı 9,6 milyard dollar, Rusiyadan Çinə tədarük isə 11,5 milyard dollar təşkil edib.
Rusiya Çinə əsasən enerji resursları, metallar, taxta-şalban, kənd təsərrüfatı məhsulları və dəniz məhsulları, Çin isə Rusiyaya minik avtomobilləri və yük maşınları, məişət elektronikası, ekskavatorlar, mikroprosessorlar, geyim, ayaqqabı və istehlak malları tədarük edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31