ABŞ-nin dövlət katibi Fələstin lideri ilə görüşüb

Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Antoni Blinken Fələstin lideri Mahmud Abbasla gorüşüb.

Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, görüş İordaniynın paytaxtı Əmmanda baş tutub.

Görüşdə HƏMAS-İsrail müharibəsinin müzakirə olunduğu bildirilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31