Avropa Komissiyasının sədri bu gün İsrailə gedir
13 Oktyabr 2023 13:16 DünyaAvropa Komissiyasının sədri Ursula fon der Lyayen və Avropa Parlamentinin sədri Roberta Metzola bu gün İsrailə gedir.
Olaylar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. Səfərin əsas məqsədi İsraillə həmrəylik ifadə etmək və bölgədəki vəziyyətlə tanış olmaqdır. Ursula fon der Lyayen və Roberta Metzola İsrail rəhbərliyi ilə bir sıra görüşlər keçirəcəklər.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31