Qəzzada səhiyyə sistemi çökmək ərəfəsindədir - ÖZƏL

Olaylar.az ensonhaber.com-a istinadən xəbər verir ki, Fələstinin səhiyyə naziri Mey əl-Keyle Qəzzada səhiyyə sisteminin çökə biləcəyi barədə xəbərdarlıq edib və təcili dəstək istəyib.

Məlumdur ki, İsrailin Fələstinə günü-gündən artmaqda davam edən hücumları nəticəsində minlərlə fələstinli həyatını itirib.

Ölən və yaralananların sayı Fələstin Səhiyyə Nazirliyi tərəfindən açıqlanıb. Nazirliyin məlumatına əsasən  Qəzzada 1354 nəfər ölüb, 6049 nəfər isə yaralanıb. Fələstinin səhiyyə naziri verdiyi yazılı açıqlamada  xəstəxanalarda tibbi ləvazimatların çatışmazlığı probleminin yarandığını qeyd edib. Mövcüd vəziyyətin səbəbini yaralıların say çoxluğu ilə əlaqələndirən nazir Qəzza zolağında səhiyyə sisteminin çökməsi ilə bağlı xəbərdarlıq edib. O, minlərlə yaralı, həmçinin uşaqların xilas edilməsi üçün Beynəlxalq təşkilatlardan, xüsusilə də Beynəlxalq Qızıl Xaç Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının filiallarından təcili tibbi yardım tələb edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31