Türkiyə Qəzzaya humanitar yardım göndərib
13 Oktyabr 2023 12:11 DünyaTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın göstərişinə əsasən, Türkiyədən Qəzzaya humanitar yardım yola salınıb.
Olaylar.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, humanitar yardım Misir üzərindən Qəzzaya göndəriləcək.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31