İsrail Qəzzanın şimalında yaşayan vətəndaşlarına dərhal ordan çıxmağı əmr etdi

Olaylar.az telegraph.co.uk-a istinadən xəbər verir ki,  İsrail hərbçiləri cümə günü səhər saatlarında Qəzzanın şimalında yaşayan 1,1 milyon fələstinliyə HƏMAS-a gözlənilən quru hücumundan əvvəl öz yerlərini indi tərk etmələrini söyləyib.  Bununla bağlı bütün vətəndaşlara və BMT əməkdaşlarına öz təhlükəsizlikləri üçün Qəzza Vadisindən cənuba doğru hərəkət etmələri bildirilib. Məlumata əsasən BMT dağıdıcı humanitar nəticələr olmadan belə bir hərəkətin baş verməsinin qeyri-mümkün olacağını bildirib və İsraili əmri ləğv etməyə çağırıb. BMT nümayəndəsinin sözlərinə görə  İsrail ona təxliyyənin 24 saat ərzində həyata keçirilməli olduğunu bildirib, lakin bu barədə şərh etməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31