Gürcüstanda azərbaycanlı şəxsin FACİƏLİ ÖLÜMÜ
12 Oktyabr 2023 22:23 DünyaGürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli bələdiyyəsində orta yaşlı azərbaycanlı kişi güllələnib.
Olaylar.az APA-ya istinadən bildirir ki, insident yerli vaxtla saat 20:30-da şəhərin Nizami Gəncəvi küçəsində baş verib.
Güllələnən şəxsin Marneuli sakini Rasim Gərəhməzli olduğu bildirilib.
O, aldığı güllə yarasından yerindəcə keçinib.
Əraziyə polis cəlb olunub, faktla bağlı istintaq başladılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31