İsrail parlamenti fövqəladə nazirlər kabinetinin yaradılmasına razılıq verib
12 Oktyabr 2023 22:10 Dünyaİsrail Knessetinin (parlamentinin) üzvləri Qəzza zolağı ətrafında aktiv hərbi əməliyyatların başlanması kontekstində vahid fövqəladə hökumətin yaradılmasına razılıq veriblər.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bu barədə "The Jerusalem Post" qəzeti xəbər verib.
Məlumata əsasən, 66 deputat müxalifət liderlərindən birinin Benni Qantsın iştirakı ilə fövqəladə Nazirlər Kabinetinin yaradılmasının tərəfdarı olub, onlardan heç biri əleyhinə səs verməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31