Aİ-dən “Telegram”a yeni tələb
12 Oktyabr 2023 21:04 Dünya"Telegram" məzmuna nəzarət etmək üçün öz Aİ təmsilçisini təyin etməli olacaq.
Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Yohannes Barke Brüsseldə keçirilən brifinqdə bildirib.
O qeyd edib ki, "Telegram" şirkəti Rəqəmsal Xidmətlər Aktı çərçivəsində məzmuna nəzarət məqsədilə Avropa Komissiyası ilə rabitənin təmin edilməsi üçün 17 fevral 2024-cü il tarixinədək Avropa İttifaqında (Aİ) öz hüquqi təmsilçisini təyin etməlidir.
"Aİ-nin Rəqəmsal Xidmətlər Aktı 17 fevral 2024-cü il tarixindən etibarən "Telegram" şirkətinə də şamil olunacaq, çünki "Telegram" çox böyük internet platforması deyil. Bu müddətə qədər "Telegram" Aİ-də öz hüquqi təmsilçisini təyin etməlidir", - deyə Barke bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31