Yaşıl dəhliz Aİ üçün həyati əhəmiyyət kəsb edir - Viktor Orban
12 Oktyabr 2023 20:00 DünyaBizim sıx əməkdaşlığımız olmadan Avropanın enerji sistemini, Avropa iqtisadiyyatını modernləşdirmək olmaz.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Tbilisidə Gürcüstan hökumətinin rəhbəri İrakli Qaribaşvili ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
V.Orban deyib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə reallaşdıracağı infrastruktur əməkdaşlıq proqramları - Yaşıl dəhliz layihəsi Aİ üçün həyati əhəmiyyət kəsb edir.
"Avropa İttifaqı üçün bu, nəhəng layihədir və bütün iştirakçı dövlətlər üçün gələcəkdə uzun illər iqtisadi artım mənbəyi olacaq", - deyə V.Orban vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31