Ermənistanda keçmiş məmurun mənimsədiyi 500 min dollardan yuxarı əmlakın müsadirəsi tələb edildi

Ermənistanın baş prokurorluğu Dövlət Gəlirləri Xidmətinin idarəsinin keçmiş rəisi Gevorq Akopyandan 500 min dollardan yuxarı əmlakının müsadirə olunmasını tələb edir.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, Baş Prokurorluq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsindən "Zvartnos" hava limanında qaçaqmalçılıqla mübarizə çərçivəsində Dövlət Gəlirləri Xidmətinin idarəsinin keçmiş rəisi Gevorq Akopyan və onunla əlaqəli şəxslərin əmlakını və qanunsuz yolla mənimsədikləri pul vəsaitini müsadirə etməyi tələb edir.

Müsadirə predmeti Amiryan küçəsindəki 2 daşınmaz əmlak və 1 nəqliyyat vasitəsi, bunlar mümkün olmadığı təqdirdə isə, 500 min dollardan yuxarı pul vəsaitidir.

Həmçinin, qeyd olunub ki, daha 1,6 milyon dolları müəyyənləşdirərək sözügedən şəxslərdən müsadirə etmək mümkün deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31