Hizbullah hərəkatının münaqişəyə qarışması riski var - ÖZƏL
12 Oktyabr 2023 17:13 Dünya"Livanda yerləşən yaraqlı şiə islam qruplaşması Hizbullah (ərəb dilində "Allahın partiyası") Fələstin-İsrail münaqişəsinə qarışa bilər, lakin bu halda cavab sərt olacaq".
Olaylar.az xəbər verir ki, bunu İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Zvi deyib.
"Belə bir risk var. Ümid edirəm ki, Hizbullah və Livan hökuməti bu cür hərəkətlərə cavabın sərt olacağını və həm Hizbullaha, həm də ölkənin infrastrukturuna təsir edərək bütün Livan vətəndaşlarının həyatını pozacağını başa düşürlər" - deyə, səfir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31