Hollandiya Yandex servisi ilə bağlı araşdırmaya başlayıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Hollandiya hakimiyyəti Avropada müştəri məlumatlarının toplanması ilə bağlı narahatlıqlar səbəbilə Rusiyanın Yandex şirkətinin taksi sifarişi xidməti Yango ilə bağlı araşdırmaya başlayıb. 

Qeyd olunur ki, Hollandiya hakimiyyəti Rusiyada sentyabrın 1-dən qüvvəyə minən  qanundan narahatdır . Bu qanuna görə, taksi xidmətləri indi müştərilərinin səfərləri haqqında məlumatları Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinə ötürməlidir. Onlayn xidmətlərdən də FSB-yə sərnişin taksi sifarişlərinin qəbulu, saxlanması, emalı və ötürülməsi üçün istifadə olunan məlumat sistemlərinə və verilənlər bazalarına 24 saat məsafədən giriş təmin etmək tələb olunurdu .

Yanqo servisi ilə bağlı araşdırma  Avropa İttifaqının şəxsi məlumatların qorunması ilə bağlı qaydalarına uyğun olaraq aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31