HƏMAS ilə təmasda olan istənilən ölkəyə qarşı sanksiyalar tətbiq ediləcək - ÖZƏL
12 Oktyabr 2023 16:37 DünyaOlaylar.az xəbər verir ki, İsrailin baş naziri Binyamin Netanyahu Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi fonunda İsrailə səfərə gələn ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündən sonra hər hansı ölkənin Fələstinin Həmas hərəkatı ilə əlaqə saxlayacağı halda sanksiyaya məruz qalacağını bildirib.
Onun fikrincə, dünya ictimaiyyətinin bu təşkilata münasibəti "İslam Dövləti"nə münasibəti ilə eyni olmalıdır.
"Onlar millətlər birliyindən qovulmalıdırlar. Heç bir lider onlarla görüşməməli, heç bir ölkə onlara sığınacaq verməməli və bunu edənlərə sanksiya tətbiq edilməlidir", - deyə Netanyahu bildirib.
İsrailin baş naziri HƏMAS-ı şər adlandırıb və İsrailin buna qalib gələcəyini vurğulayıb.
"Qarşıda çox çətin günlər olacaq, lakin sivilizasiya qüvvələrinin qalib gələcəyinə heç bir şübhə yoxdur".