Ərdoğan BƏƏ prezidenti ilə görüşdü - ÖZƏL

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Şeyx Mohammed Bin Zayed Al Nahyan ilə telefon danışığı aparıb. "OLAYLAR" Türkiyə Prezidentinin İnformasiya və Kommunikasiya  Müdirliyinə istinadən bildirir ki,  görüş zamanı İsrail və Fələstin münaqişəsi çərçivəsində son hadisələr müzakirə olunub.

Görüşdə Ərdoğan İsraillə Fələstin arasındakı gərginliyə son qoyulmasının beynəlxalq ictimaiyyətin, xüsusilə də region dövlətlərinin atdığı müsbət addımlarla mümkün olacağını bildirib.

Qeyd edək ki, ünaqişənin başladığı gündən bəri prezident Ərdoğan Fələstin və İsrail prezidentləri də daxil olmaqla 12 nəfərlə telefon danışığı aparıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31