Blinken İsrailə səfər etdi
12 Oktyabr 2023 12:43 DünyaBŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib.
Olaylar.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.
ABŞ rəsmisinin İsrailin yüksək vəzifəli şəxsləri ilə görüşləri gözlənilir.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti Blinkenin 11-13 oktyabr tarixlərində İsrail və İordaniyaya səfər edəcəyi barədə məlumat yaymışdı. Səfər çərçivəsində ikitərəfli və regional məsələlərin müzakirəsinin gündəlikdə yer alması bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31