ABŞ-nin dövlət katibi İsraildə səfərdədir
12 Oktyabr 2023 11:41 DünyaABŞ-nin dövlət katibi Antoni Blinken İsraildə səfərdədir.
Olaylar.az xəbər verir ki, o, İsrail və Fələstin rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə bölgədəki vəziyyət əsas müzakirə mövzusu olacaq.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Bundan sonra İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31