HƏMAS-ın “komando"larının qərargahı məhv edildi
12 Oktyabr 2023 10:35 Dünyaİsrail Müdafiə Ordusu HƏMAS qruplaşmasının "komando"larının yerləşdiyi qərargahı məhv edib.Olaylar.az bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.Bildirilib ki, daha bir yüksək vəzifəli şəxsini zərərsizləşdirib.Məlumata görə, bu silahlı dəstə oktyabrın 7-də İsrailin sərhədyanı bazalarına və dinc sakinlərinə kütləvi hücum edib.Vurğulanıb ki, HƏMAS-ın "Rəfah" hərbi dəniz qüvvələrinin komandiri Əbu Şamla da oktyabrın 12-də gecə əməliyyatında zərərsizləşdirilib. Məlumata görə, onun evi hərbi dəniz qüvvələrinin silah anbarı kimi istifadə edilirmiş.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31