Livan İsrailin hava məkanını pozdu
11 Oktyabr 2023 21:15 Dünyaİsrail hərbçiləri Livan ərazisindən ölkənin hava məkanının mümkün pozulması ilə bağlı məlumatları yoxlayır.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Livan tərəfdən ölkənin hava məkanına mümkün qanunsuz giriş ilə bağlı məlumat alınıb. Təfərrüatlar olacaq", - məlumatda deyilir.
Xatırladaq ki, oktyabrın 7-si səhər saatlarında İsrail Qəzza zolağından çoxsaylı raket hücumuna məruz qalıb. Bundan sonra HƏMAS döyüşçüləri İsrailin cənubundakı sərhədyanı bölgələrə daxil olublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31