HƏMAS İsrailin şimalındakı Hayfa şəhərinə raket zərbəsi endirib - ÖZƏL

HƏMAS-ın yaraqlı qanadı İzəddin əl-Qəssam Briqadaları İsrailin şimalındakı Hayfa şəhərinə raket atdığını bildirib.

"Əl-Qəssam Briqadaları R-160 raketi ilə işğal olunmuş Hayfa şəhərinə hücum edib"

Olaylar.az xəbər verir ki, bu barədə qrup Telegram-da məlumat yayıb.

Həmçinin bildirilir ki, şəhərdə hava hücumu sirenləri səslənib və sakinlər sığınacaqlara sığınmağa başlayıblar.

Al Jazeera xəbər verir ki, Hayfadakı Rambam Xəstəxanası fövqəladə vəziyyət şəraitində işə başladığını elan edib.

Bundan əvvəl HƏMAS da İsrailin cənubundakı Beerşeba və Aşdod şəhərlərinin atəşə tutulduğunu bildirmişdi.

Bundan əvvəl baş nazir Benyamin Netanyahu İsrailin HƏMAS-la müharibədəki məqsədlərini açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31