İsrailin hava limanında bütün uçuşlar dayandırıldı

İsrailin Təl-Əviv şəhərində yerləşən Ben-Qurion beynəlxalq hava limanından uçuşlar dayandırılıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "Kan" dövlət radiostansiyası məlumat yayıb.

"Hava limanında uçuşlar dayandırılıb, təyyarələr havada eniş üçün gözləyir", - məlumatda deyilir.

Bundan əvvəl HƏMAS-ın hərbi qanadı hava limanının atəşə tutulduğunu elan edib. Hava limanının nümayəndələri hələlik bu məlumatı şərh etməyiblər.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31