Türkiyəyə 1 milyon ton taxıl tədarükü layihəsi hazırlanıb – ÖZƏL

"1 milyon ton Rusiya taxılının emal və ehtiyacı olan ölkələrə çatdırılması üçün Türkiyəyə tədarükü layihəsi hazırda işlənmə mərhələsindədir".

Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.

Qeyd edək ki, avqustun 31-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və türkiyəli həmkarı Hakan Fidan taxıl müqaviləsini və Qətərin maliyyə dəstəyi ilə Türkiyəyə güzəştli qiymətlə 1 milyon ton Rusiya taxılının tədarükü təşəbbüsünün necə həyata keçiriləcəyini müzakirə ediblər. Sentyabrın 4-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Soçidə ikitərəfli görüşdə bu məsələni müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31