Qəzzada BMT-nin 9 əməkdaşı həlak olub

Qəzza zolağında Birləşmiş Millətlər Təşkilatının (BMT) 9 əməkdaşı həlak olub.Olaylar.az xəbər verir ki, bu barədə təşkilatın "X" hesabında paylaşım olunub. Təşkilatdan bildirilib ki, hücumlar nəticəsində BMT-nin 18 məktəbi və qərargahı dağıdılıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31