İranda güclü partlayış - VİDEO

Bu gün səhər İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Susəngerd şəhərində yaşayış binasında güclü partlayış olub.

Olaylar.az-ın məlumatına görə, partlayış nəticəsində 1 körpə, 2 kişi, 5 qadın olmaqla 8 nəfər ölüb.

Bundan başqa, partlayışda 1 qadın, 3 azyaşlı uşaq yaralanıb.

Partlayış qaz sızması nəticəsində baş verib, yaşayış binası tamamilə dağılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31