Türkiyə parlamenti sabah Fələstində baş verən son hadisələri müzakirə edəcək

Türkiyə Böyük Millət Məclisi (TBMM) oktyabrın 12-də Fələstində baş verən son hadisələri müzakirə edəcək.

Olaylar.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrail-HƏMAS qarşıdurması ilə bağlı millət vəkillərini məlumatlandıracaq.

Bildirilib ki, hadisələrlə bağlı siyasi partiyaların nümayəndələri çıxış edəcəklər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31