ABŞ hərbi təlimlər üçün gələnləri İsraildən uzaqlaşdırıb - ÖZƏL
11 Oktyabr 2023 12:55 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Fələstinin Həmas hərəkatının hücumundan sonra hərbi təlimlərdə iştirak etmək üçün orada olan amerikalı hərbçiləri İsrail ərazisindən çıxarıb. Bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinin bəyanatında məlumat yer alıb.
"İsraildə yerləşmiş az sayda ABŞ hərbi qulluqçusu C-17 nəqliyyat təyyarəsi ilə evlərinə uçub", - deyə məumatda deyilir.
Həmsöhbət aydınlaşdırıb ki, təyyarə İsrailə boş gəlib və yola düşən zaman göyərtəsində yalnız Amerika hərbçiləri olub.
ABŞ-İsrail ikitərəfli təlimləri İsraillə Fələstinin HƏMAS hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib.
Bundan əvvəl "The New York Times"ın müşahidəçiləri belə qənaətə gəliblər ki, HƏMAS hücumu İsrailin əməliyyat və kəşfiyyat uğursuzluqları səbəbindən mümkün olub .