İsrail Livandan tank əleyhinə raket atıldığını bildirib - ÖZƏL

Olaylar.az xəbər verir ki, İsrail Müdafiə Qüvvələri  Telegram kanalında Livandan onun hərbi məntəqəsinə tank əleyhinə mərmi atıldığını  bildirib.

"Bir müddət əvvəl Livandan Livanla sərhəddəki Ərəb Əl-Aramşa kəndi ilə bitişik hərbi posta tank əleyhinə raket atılıb", - deyə məlumatda deyilir.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin tanklarının Livanda yerləşən şiə Hizbullah hərəkatının müşahidə məntəqələrinə hücum etdiyi bildirilirdi. 

Oktyabrın 9-da İsrail ordusu Livandan atışma qeydə alıb . Eyni zamanda, Livanın baş naziri Nəcib Mikati bildirib ki, onun ölkəsi radikal Həmas qruplaşmasının yaraqlılarının hücumundan sonra İsrail və Fələstin arasında münaqişəyə girmək niyyətində deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31