İsrail ilk dəfə M270 sistemlərindən istifadə edib - 17 ildən sonra

İsrail Müdafiə ordusu Qəzza zolağında HƏMAS-a məxsus obyektlərə zərbələr zamanı 2006-cı ildən bu yana ilk dəfə M270 reaktiv yaylım atəşi sistemlərindən istifadə edib.

Olaylar.az xəbər verir ki, bu barədə ordunun Mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31