37 tarixi əsər Türkiyəyə qaytarılır - ÖZƏL

Müxtəlif vaxtlarda ölkədən çıxarılmış 37 tarixi əsər Türkiyəyə qaytarılır. "OLAYLAR" xəbər verir ki, bu barədə açıqlamanı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy verib. Nazir əsərlərin böyük əksıriyyətinin İsveçrəyə aparıldığını diqqətə çatdırıb. Bildirib ki, Türkiyə ilə İsveçrə arasında mədəni irs əsərlərinin geri qaytarılması müqaviləsi ilə bağlı yaxın vaxtlarda lazımı addımlar atılacaq:

"Urartu dövrünə aid əşyalar və Roma dövrü maral heykəli də daxil olmaqla 37 ədəd əsərimiz geri qayıdacaq".

Qeyd edək ki, Türkiyə ilə İsveçrə arasında arxeoloji mədəni sərvətlərin qeyri-qanuni idxalının və tranzitinin qarşısının alınması və geri qaytarılması haqqında Saziş 15 noyabr 2022-ci il tarixində Ankarada imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31