Londonda hava limanı bağlandı - Xəsarət alanlar var
11 Oktyabr 2023 10:17 DünyaLondonun Luton hava limanında bütün uçuşlar ləğv edilib.
Olaylar.az bildirir ki, bu barədə xarici KİV-də xəbər verilib.
Məlumata görə, səbəb hava limanının avtomobil parkında baş verən yanğın olub. Yanğın hava limanının çoxmərtəbəli avtomobil dayanacağının sonuncu mərtəbəsində başlayıb. Hazırda yanğınla mübarizə davam edir.
Dayanacaqda baş verən yanğın bina konstruksiyasının qismən dağılmasına səbəb olub.
Fövqəladə hallar rəsmiləri bildiriblər ki, tüstüdən bir mülki şəxs və altı yanğınsöndürən yaralanıb. Uçuşların günortaya qədər təxirə salınacağı açıqanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31