İsrail Qəzzadan keçən HƏMAS döyüşçülərini məhv edib

İsrail ordusu oktyabrın 7-dən başlayaraq Qəzza zolağından keçən azı 1000 HƏMAS silahlısını məhv edib.

Olaylar.az xəbər verir ki, bu barədə İsrailin "Kan" radiosu məlumat yayıb.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31